Ağsuda stolüstü tennis üzrə məşğələ
- 19 Mar 2024 11:47
- 341
Ağsu şəhər 4 saylı tam orta məktəbdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində stolüstü tennis idman növü üzrə məşğələ keçirilmişdir.
Rekord.az xəbər verir ki, məşğələ Ağsu şəhər 4 saylı tam orta məktəbin məşqçi-müəllimi Atif Mehdiyevin rəhbərliyi ilə baş tutmuş, məşqçi-müəllim gənclərlə stolüstü tennis idman növü ilə bağlı təcrübə və biliklərini paylaşmışdır.
Tədbirin təşkilində məqsəd rayonda bu idman növünə olan marağın artırılması, idmanın inkişafının dəstəklənməsi və sağlam həyat tərzinin təbliği olmuşdur.