Ağsuda şəhidlərin xatirəsinə həsr olunan şahmat turniri
- 08:00
- 36
Ağsu rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun və Ağsu rayonu UGİŞM-in birgə təşkilatçılığı ilə "Aprel döyüşləri" şəhidlərinin xatirəsinə həsr olunmuş məktəblilər arasında şahmat üzrə Ağsu rayon turniri keçirildi.
Rekord.az xəbər verir ki, yarışın açılışında torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, "Aprel döyüşləri"nin tarixi əhəmiyyəti və turnirin keçirilməsinin məqsədi barədə iştirakçılara ətraflı məlumatlar verildi.
Turnirdə I, II və III yerləri tutmuş idmançılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldı. Yarışın keçirilməsində məqsəd əlamətdar günlərin qeyd olunması, gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və onların şahmata olan marağın artırılması olmuşdur.