Ağsuda şahmat turniri keçirilib
- 13:45
- 25
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun və Uşaq-Gənclər İdman-Şahmat məktəbinnin birgə təşkilatçılığı ilə “12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günü” nə həsr olunmuş şahmat üzrə xatirə turniri keçirildi.
Rekord.az xəbər verir ki, turnirin açılışında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra iştirakçılara yarışın qaydaları izah olundu və oyunlara start verildi. Sonda qalib və mükafatçılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olundular.