Ağsuda para - stolüstü tennis üzrə rayon turniri keçirilib
- 03 Noy 2023 12:42
- 354
Ağsu şəhər 4 saylı tam orta məktəbdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "8 Noyabr-Zəfər Günü" nə həsr olunmuş para - stolüstü tennis üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirin təşkilində məqsəd əlilliyi və sağlamlıq imkanları məhdud şəxslərin idman tədbirlərinə cəlb edilməsi və rayonda paralimpiya idman növlərinin təşviqi olub.
Qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıb.