Ağsu şəhər Aslan Nadirov adına 1 nömrəli məktəb-liseydə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun və Ağsu rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə "15 İyun - Milli Qurtuluş Günü" münasibətilə  yeniyetmələr arasında atletika üzrə Ağsu rayon turniri keçirildi.

Rekord.az xəbər verir ki, açılış mərasi zamanı ilk öncə müstəqil Azərbaycan Respublikasının qurucusu Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra idmançılara yarışın keçirilmə məqsədi və qaydaları haqqında ətraflı məlumatlar verildi.   

3 növ üzrə keçirilən yarışın qalibləri Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırıldı.