
Ağsu şəhər stadionunun ot örtüyü FIFA sertifikatına layiq görüldü
- 13 May 2025 16:31
- 296
Ağsu şəhər stadionunda quraşdırılan süni ot örtüyü FIFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, FIFA tərəfindən verilən bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.