
Ağstafada voleybol turniri keçirilib
- 11:45
- 50
Ağstafa rayonunun Həsənsu kənd tam orta məktəbində Gənclər və İdman Nazirliyinin yaranmasının 31 illiyinə həsr olunmuş voleybol turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirdə idarə, müəssisə və təşkilatları təmsil edən 6 komanda, ümumilikdə 48 idmançı iştirak edib.
Yarışın nəticələrinə əsasən
I yeri – "Ağstafa UGİŞM" komandası,
II yeri – "Ağstafa UGİM" komandası,
III yeri – Gənclər Evi Sosial Xidmət Müəssisəsinin komandası tutubdur.
Qalib komandalar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.