Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Asif Abdullayev adına şəhər 2 saylı tam orta məktəbin idman zalında "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo üzrə idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax -Tovuz Regional Gənclər və İdman idarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Turan Hüseynov çıxış edərək idmançılara ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, taekvondo idman növünün inkişafı, yeniyetmələrin idmana həvəsləndirilməsi və idmançılara göstərilən qayğısı haqqında ətraflı məlumat verib.Daha sonra məşqçi-müəllim Namiq Həsənovun təlimatları əsasında yeniyetmələrin nümunəvi çıxışlarına baxış keçirilib