Ağstafa rayonunda Qarabağ müharibəsi şəhidləri Natiq Sədiyevin və Elşən Poladovun xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında stolüstü tennis üzrə rayon birinciliyi keçiriləcək.

Rekord.az xəbər verir ki, birincilik 17 aprel tarixində baş tutacaq.

Birincilik Ağstafa şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında start götürəcək.