Ağstafa Uşaq Gənclər İdman Şahmat Məktəbində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin prezident seçilməsinin 20 illiyinə həsr olunmuş uşaq və yeniyetmələr arasında şahmat üzrə turnir keçirilib.

Rekord.az xəbər verir ki, turnirin açılış mərasimində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, YAP Ağstafa Rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Təhsil Sektorunun aparıcı məsləhətçisi Əli Əliyev çıxış edərək 20 il ərzində ölkəmizdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş sosial-iqtisadi layihələr barədə ətraflı məlumat verilib, 2-ci Qarabağ müharibəsində əldə olunmuş tarixi qələbənin əhəmiyyətindən danışılıb.

Sonda yüksək yerləri tutmuş iştirakçılar diplom, hədiyyə və kubokla təltif olunublar.