Ötən gün Ağstafa şəhər Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında birinci Qarabağ Müharibəsinin şəhidləri Natiq Sədiyevin və Elşən Poladovun xatirəsinə Stolüstü tennis üzrə Usaq və yeniyetmələr arasında Ağstafa rayon birinciliyi keçirilib.

Rekord.az-ın rayonun gənclər və idman idarəsindən aldığı məlumatga görə, yarışın açılış mərasimindən öncə Ağstafa şəhidlər xiyabanı ziyarət edilərək, səhidlərimizin məzarları önünə gül dəstələri düzülərək ruhlarına dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib.

Tədbirində Ağstafa rayon İcra hakimiyyətinin , Ağstafa rayon Gənclər və idman idarəsinin , Ağstafa Gənclər Evi Sosial xidmət müəssisəsinin, Qarabağ Əlillərinə Qayğı ictimai birliyinin məsul əməkdaşları , şəhid ailələri , qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yarışın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Açılış mərasimində Ağstafa rayon İcra hakimiyyətinin məsul əməkdaşı Vüqar Həsənov , Ağstafa rayon Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev, şəhid Natiq Sədiyevin qızı Nəcmiyyə Sədizadə, şəhid anası Aybəniz Əhmədova, birinci Qarabağ müharibəsinin qazisi Qazax özünü müdafiə bataliyonunun komandiri Alik Muradov, SSRİ idman ustası Aydın Tağızadə, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Qarabağ Əlillərinə Qayğı ictimai birliyinin Ağstafa filialının sədri Ceyhun Əliyev, Rayon Mərkəzi xəstəxanasının həkimi Həcər Namazova, Vətən Müharibəsinin qazisi Seymur Həsənov, çıxış edərək birinci Qarabağ savaşında döyüşərək qəhrəmanlıqla şəhid olmuş Natiq Sədiyevin və Elşən Poladovun şərəfli döyüş yolundan danışıb, xalqımızın ən böyük qürur mənbəyi olan şəhidlrərimzin xatirəsinə həsr olunan bu cür silsilə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, eyni zamanda ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından söz açıblar.

Tədbirdə şəhidin qızı Nəcmiyyə Sədizadə çıxış edərək atasının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə keçirilən yarışın təşkilatçılarına ailəsi adından minnətdarlığını bildirib.

64 nəfər yeniyetmə və gənc idmançının qüvvəsini sınadığı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda yüksək yerləri tutan idmançılar Ağstafa rayon Gənclər və İdman İdarəsinin və Qarabağ Əlillərinə Qayğı ictimai birliyinin müvafiq diplom və medalları ilə təltif olunublar.