Yeni yaranan II Divizionda Ağstafa rayonu da təmsil oluna bilər.

Rekord.az-ın əldə etdiyi məlumata görə, sözügedən rayonu təmsil edən "Ağstafa Gəncləri" komandası bununla bağlı AFFA-ya rəsmi müraciət ünvanlayıb.

Federasiya müsbət qərar verəxəyi halda Qərb bölgəsinin daha bir rayonu yenidən futbola qayıtmış olacaq.

Qeyd edək ki, Ağstafanın özünəməxsus futbol ənənəsi var, vaxtı ilə bu rayonun "Avey" komandası hətta yüksək liqada da mübarizə aparıb. "Ağstafa Gəncləri" ilə yeni komanda olduğu üçün dəstəyə ehtiyacı var. Bunun üçün isə ilk növbədə Ağstafanın icra hakimiyyəti, eləcə də rayonun imkanlı şəxsləri komandaya dəstək olsalar, daha yaxşı olar. Komanda rəhbərliyi də buna çox böyük ümid edir və II Divizionda iştirak üçün AFFA-a müraciət də bu inamdan irəli gəlir.