AGF ümumrespublika seminarı keçirəcək
- 04 Noy 2024 21:00
- 193
Azərbaycan Güləş Federasiyası (AGF) ölkədə güləşin inkişafını sürətləndirmək və bu sahədə keyfiyyəti artırmaq məqsədilə güləş məşqçiləri üçün ümumrespublika seminarı keçirəcək.
Rekord.az xəbər verir ki, ötən il olduğu kimi, bu il də seminar ölkənin bütün bölgələrini əhatə edəcək.
Noyabrın 5-dən dekabrın 10-dək keçiriləcək seminar çərçivəsində milli komandalarda çalışan mütəxəssislər və hakimlər nəzəri və praktiki məşğələlərdə öz təcrübələrini məşqçilərlə bölüşəcək, məşqlərin keçirilməsi, güləş qaydalarının ətraflı izahı və sair mövzularda geniş məlumat verəcəklər.
Məqsəd ölkənin müxtəlif bölgələrinin idman məktəblərində, cəmiyyət və təşkilatlarda işləyən güləş məşqçilərinin bilik və bacarığını daha da təkmilləşdirməkdir.
İlk belə tədbir sabah Naxçıvan şəhərində keçiriləcək.