Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun və Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “9 Noyabr - Dövlət Bayrağı Günü” münasibətilə həvəskarlar arasında şahmat idman növü üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd Dövlət Bayraq Gününün qeyd olunması, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi olmuşdur. Yarışda 47 nəfər iştirak etmişdir. Qaliblər diplomlarla mükafatlandırılmışdır.