Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında “Heydər Əliyev İli”nə həsr olunmuş sürətli şahmat üzrə rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, Uşaq Gənclər İdman Şahmat Məktəbinin binasında baş tutan rayon turnirində 56 şahmatçı iştirak etmişdir.

Gərgin və maraqlı anlarla yadda qalan turnirin yekunda I,II,III yerləri tutan şahmatçılara təşkilatçılar tərəfindən Diplomlar təqdim olunmuşdur.