
Ağabala Ramazanov üçün xüsusi forma
- 24 Apr 2022 20:44
- 562
Azərbaycan Premyer Liqasının 24-cü turunun “Sumqayıt”la oyunundan öncə “Zirə”nin hücumçusu Ağabala Ramazanova “200” nömrəli forma təqdim olunub.
Rekord.az xəbər verir ki, hücumçunun Premyer Liqada 200-cü oyunu ötən tura təsadüf edib.
“Zirə”nin “Səbail”lə 23-cü turdakı ev matçı (2:1) forvard üçün yubileylə əlamətdar olub. Ağabala bu görüşlərdə 37 qola imza atıb.