"Səbail" mövsümün sonunda klubla müqaviləsi başa çatan baş məşqçi Aftandil Hacıyevə yeni müqavilə təklif edib.

Lakin Rekord.az xəbər verir ki, Hacıyev yeni müqavilə təklifinə müsbət cavab verməyə tələsmir.

O, ilk növbədə rəhbərliklə görüşü və orada vacib məsələlərin müzakirəsini gözləyir. Belə demək mümkünsə, rəhbərlikdə büdcə ilə bağlı zəmanət almaq istəyir. Eyni zamanda yeni mövsümdə komandada legioner futbolçuların yer alıb-almayacağı məsələsi də dəqiqləşməlidir. Bir sözlə, baş məşqçi əmin olmaq istəyir ki, növbəti mövsüm üçün ona normal komanda qurmaq imkanı yaradılacaq. Yalnız bununla bağlı rəhbərlikdən zəmanət alacağı təqdirdə yeni müqaviləyə imza atacaq.