
Aftandil Hacıyev "Səbail"də qalır: ilkin razılıq əldə olundu ÖZƏL!
- 28 Apr 2022 14:00
- 650
"Səbail"in baş məşqçisi Aftandil Hacıyevin növbəti mövsümlə bağlı rəhbərliklə görüşəcəyi haqda məlumat vermişdik. Baş məşqçi özü də verdiyi açıqlamasında bunu təsdiqləmişdi. Həmin görüşdəki müzakirələrdən sonra həm Hacıyevin özünün klubdakı gələcək taleyi, həm də büdcə və heyətlə bağlı bir çox suallara aydınlıq gələcək.
Rekord.az-a kluba yaxın mənbədən ötürülən məlumata görə, görüş və geniş müzakirələr baş verməsə də, baş məşqçinin komandada qalacağı ilə bağlı ilkin razılıq əldə olunub.
Rəhbərlik söz verib ki, böyük olmasa da, stabil büdcə olacaq və komanda maddi sıxıntı çəkməyəcək. Qalan məsələlər isə detallı şəkildə görüş zamanı müzakirə olunacaq.