Əfran İsmayılovun “Səbail”in hazırkı vəziyyəti ilə bağlı suala verdiyi cavab son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardandı.

Rekord.az xəbər verir ki, futbolçunun məlum videosunu tənqid edənlərin sayı çoxdu.

Bu haqda fikirlərini öyrənmək üçün dünən özü ilə danışmaq qərarına gəldik.

Lakin təcrübəli yarımmüdafiəçi komandanın baş məşqçisi Aftandil Hacıyevin ona mediaya açıqlama verməyi yasaqladığını deyərək üzrxahlıq etdi. ("Futbol plus")