
Aftandil Hacıyev bu qapıçı üçün Rəşad Sadlqova ağız açacaq
- 29 Yan 2022 15:00
- 900
"Səbail" qapıçı problemini hələ də həll etməyib.
Rekord.az xəbər verir ki, Kamran Ağayevin karyerasını bitirməsinin ardından Bayıl təmsilçisi yalnlz Elxan Əhmədovun ümidinə qalıb.
Legioner almağa maddi imkanı olmayan komanda yalnız yerli qapıçı axtarır ki, hazırkı dönəmdə beləsini tapmaq da asan deyil. Əldə etdiyimiz məlumata görə, "Səbail" "Zirə"nin üçüncü qapıçısı Rəşad Əzizlini icarəyə götürmək istəyir. Hətta komandanın baş məşqçisi Aftandil Hacıyev bunun üçün "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova ağız açmağı düşünür.