
AFFA "Zaqatala"nın pulunu kəsdi, klub nazirlikdən kömək istədi
- 19 Sen 2022 17:00
- 480
Birinci divizionda çıxış edən “Zaqatala” böyük problemlə üzləşib.
Rekord.az xəbər verir ki, kluba yaxın mənbələrdən “Futbol+”ə daxil olan məlumata görə, bölgə təmsilçisi ev oyunlarını keçirdiyi Olimpiya İdman Kompleksinin icarə pulunu verə bilmir.
Qeyd edək ki, “ağ-yaşılar” hər il stadionun icarəsi üçün kompleksə 50 min manat ödəyir. Həmin məbləğ AFFA tərəfindən ayrılırdı.
Bu ildən assosiasiya sözügedən maliyyəni dayandırıb. Belədə “Zaqatala” rəhbərliyi Gənclər və İdman Nazirliyinə müraciət edib. Olimpiya İdman Kompleksi nazirliyin balansında olduğundan rəsmilər kluba ödənişlə bağlı güzəşt olunmasını istəyir. ("Futbol plus")