
AFFA verdiyi bu sözü də tutmadı
- 05 Yan 2023 14:00
- 726
Xatirinizdədirsə, 2020-ci ildə II Qarabağ müharibəsi qələbəmizdə başa çatandan sonra AFFA rəsmi açıqlama vermişdi ki, yaxın zamanlarda işğaldan azad olunan bütün rayonlarda futbol komandaları yaradılacaq.
Lakin Rekord.az xəbər verir ki, verilən sözün üstündən 2 ildən çox vaxt keçsə də, federasiya hələ də sözünü tutmayıb.
Saytımıza daxil olan məlumata görə, bu məsələ, ümumiyyətlə, bağlanıb. Federasiya rəhbərliyi bu planın ləğvini maddi duruma bağlayır.