Xəbər verdiyimiz kimi, Premyer Liqa və I Divizionun başlama tarixləri məlum olsa da “Region Liqası” ilə bağlı məsələ açıq olara qalır.

Rekord.az xəbər verir ki, eyni zamanda uşaq liqalarının taleyi də qaranlıq qalmqdadır.

Normalda AFFA uşaq liqalarına sentyabrda start verirdi. Lakin hələlik bu haqda hansısa qərar yoxdur. AFFA-ya yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, federasiya avqustun sonuna kimi koronavirusla bağlı ölkədəki durumu izləmək niyyətindədir. Ona görə də daha dəqiq qərarın avqustun 20-25-dən tez veriləcəyi gözlənilmir.