
AFFA uşaq komandaları üçüm ayrılan bütün maliyyəni kəsib
- 26 Yan 2023 18:00
- 456
AFFA uşaq futboluna ayırdığı maliyyənin böyük hissəsini kəsib.
Rekord.az xəbər verir ki, əvvəllər federasiya bölgələrdən olan bütün uşaq komandalarını geyim, top, inventar, nəqliyyat və yemək xərcləri ilə təmin edirdi.
Hazırda isə yalnız nəqıiyyat xərcləri saxlanılıb ki, o da hər komanda üçün 60 manat nəzərə tutulub. Bu məbləğin özü belə azdır. Bu səbəbdən bölgələrdən olan məşqçilər bəzən 3-4 uşaq komandasın bir avtobusa doldurub oyunlara aparırlar.