Xəbər verdiyimiz kimi, AFFA "Turan Tovuz" rəhbrəliyinə növbəti mövsümdən Premyer Liqada çıxış etmələri haqda qanqaraldıcı məlumat vermişdi. Federasiyadan bildirmişdilər ki, Tovuz təmsilçisini elitada oynaması qaranlıq görünür. Təbii ki, əsas bəhanə yenə də lisenziyalaşdırma və sponsor problemidir.

Rekord.az-a daxil olan məlumata görə, AFFA "Zaqatala" rəhbərliyinə də analoji məlumatı çatdırıb.

Klub prezidenti Musa Qurbanova deyilib ki, indidən komandanı növbəti mövsüm üçün I Diviziona hazırlaya bilər. Yəni "Zaqatala"nın elitaya gətirilməsi ilə bağlı hansısa plan və sponsor yoxdur.