
AFFA Sənan Qurbanova iş söz verib
- 05 Apr 2023 18:00
- 528
"Şamaxı"dan ayrılandan bəri işsiz qalan Sənan Qurbanov növbəti mövsümdən iş başında ola bilər.
Rekord.az-a daxil olan məlumata görə, AFFA-dan ona iş vədi verilib.
43 yaşlı məşqçiyə deyilib ki, növbəti mövsüm I Diviziona gətiriləcək 4 komandadan birinin baş məşqçi postu Qurbanova tapşırıla bilər. I Divizionda işləyib-işləməmək məsələsi isə məşqçinin öz qərarından asılı olacaq.