
AFFA “Səbail”in istəyinə “yox” dedi
- 31 Yan 2022 12:00
- 596
Xəbər verdiyimiz kimi, “Səbail” klubu Bayıldakı stadionunun qazonunun bərbad vəziyyətini əsas gətirərək, qış fasiləsindən sonra ev oyunlarını Mərdəkandakı “Dalğa Arena” keçirmək istəyi ilə bağlı AFFA-ya müraciət etmişdi.
Rekord.az xəbər verir ki, federasiya Bayıl təmsilçisinin istəyinə “yox” cavabı verib.
Kluba deyilib ki, mövsümün sonuna kimi dözmək lazımdır. Deyilib ki, yeni mövsümə kimi, Bayıl stadionunun süni qazonu yenilənəcək.