Sabah Mərdəkanda AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Rekord.az xəbər verir ki, "Dalğa Arena"da bir araya gələcək komitə üzvləri I Divizionda hansı komandaların iştirak edəcəyini açıqlayacaq.

Saytımıza daxil olan məlumata görə, böyük ölçüdə "Şamaxı"nın da adı o siyahıda olacaq. Yəni federasiya son mövsüm Premyer Liqada sonuncu pilləni tutan komandaya güzəşt etməyəcək. Onun yerinə isə Premyer Liqaya ya "Araz Naxçıvan", ya da "Zaqatala" buraxılacaq.