AFFA "Şahdağ"ı götürmək istəyən iş adamına necə problem yaratdı? ÖZƏL!
- 09 Fev 2023 11:00
- 2037
AFFA-nın müstəqil iş adamlarına, klub saxlamaq istəyən sponsorlara yaratdığı süni maneələr haqqında zaman-zaman məlumatlar vermişik.
Rekord.az-a daxil olan yeni məlumat da təəssüf ki, bu qəbildəndir.
Məlumata görə, bu yaxınlarda Rusiyada bizneslə məşğul olan bir həmyerlimiz "Region Liqası"nda çıxış edən "Şahdağ"ı himayəsinə götürmək istəyib. Hədəfi növbəti mövsümdən komandanın I Divizionda, bir sonrakı il üçün isə Premyer Liqada oynaması idi. Nəzərə alsaq ki, "Şahdağ" 3 ildir "Region Liqası"nda çıxış edir, onlar üçün divizionda iştiraka görə heç bir mane qalmırdı. Bu məqsədlə AFFA-ya da məlumat verilir. Lakin təəssüf ki, ənənəvi metodunu işə salan federasiya klubu himayəyə götürmək istəyən şəxs qarşısında şərt qoyur: klubda ümumi idarəçilyə nəzarət edən şəxs AFFA-nın təyin etdiyi adam olmalıdır. Federasiya bu tələbini belə əsaslandırıb ki, guya klubun daha şəffaf fəaliyyətinə nəzarət üçün burada AFFA-nın adamı olmalıdır. Təbii ki, sponsor olmaq istəyən şəxs bu təklifdən qətiyyətlə imtina edir və kluba sponsorluq etməkdən də imtina edir.