Dünən “İctimai TV”də yayımlanan “Sabaha saxlamayaq” verilişində də müzakirə obyekti futbol olub.

Rekord.az xəbər verir ki, saat 18:15-də canlı yayımla efirə çıxan verilişdə milli komandamızın Avstriya və İsveç fiaskosu, ümumiyyətlə, futbolumuzun hazırkı durumu müzakirə edilib.

Verilişdə futbol ekspertləri, media təmsilçiləri, hətta MM deputatı da iştirak edib. AFFA-dan efirə qonaqlar dəvət olunsa da, heç kim verilişə gəlməyib. Federasiya müxtəlif bəhanələrlə ictimaiyyət önünə çıxmaqdan imtina edib.