AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb.


Rekord.az xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək "Bayern" (Almaniya) – "Çelsi" (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.


Görüş sentyabrın 17-də Münhen şəhərinin eyniadlı stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.