AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüşüblər.


Rekord.az-ın Parisə ezam olunmuş müxbiri xəbər verir ki, Leyla Abdullayeva 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçiriləcək oyunda milli komandaya uğurlar arzulayıb.


Görüş zamanı səfirə Azərbaycan milli komandasının forması hədiyyə olunub.


QEYD: Fransa və Polşaya səfər AFFA-nın təşkilatçılığı və "Misli"nin maliyyə dəstəyi ilə həyata keçirilir.