Bu gün Kanadanın Vankuver şəhərində FIFA-nın 76-cı Konqresi keçiriləcək. 


Rekord.az xəbər verir ki, iclasda AFFA rəhbərliyi də iştirak edəcək.


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov Konqresdə iştirak edəcəklər.