Cari mövsüm "Region Liqası"nın qalibi adını qazanan komandaya heç bir mükafat təyin olunmayıb.

Rekord.az xəbər verir ki, AFFA sözügedən yarışı yeni təşkil etməyə başlayanda ilk 3 yerin sahibinə pul mükafatı da təyin edirdi.

Sonrakı il yalnız qalibə 10 min manat verilməsi nəzərdə tutulmuşdu. Keçən mövsüm bu da olmadı. Bu mövsüm öncəsi mükafatın bərpasının müzakirə olunacağı gözlənilsə də, sonradan bu, ümumiyyətlə, ləğv edildi.