
AFFA "Qəbələ"nin pulunu kəsib
- 29 Apr 2022 14:00
- 519
Məlum olduğu kimi, ikinci mövsümdür ki, AFFA "Qəbələ"yə maddi yardım ayırır. Hər mövsüm üçün nəzərdə tutulan 1.5 milyon manat aylara bölünərək hissə-hissə kluba ödənilir.
Lakin Rekord.az xəbər verir ki, 2022-ci ildən bu məsələdə problem yaranıb.
Daha doğrusu, federasiya ödənişləri vaxtında ödəmir. Yanvar ayıə üçün nəzərdə tutulan ödəniş tam ödənilsə də fevral ayının ödənişi tam ödənməyib. Qalan vəsaitin mart ayının ödənişi ilə birlikdə ödəniləcəyinə dair söz verilsə də, vəziyyət daha da pisləşib və mart ayında, ümumiyyətlə, ödəniş olunmayıb. Elxan Məmmədovun icraçı vitse-prezident postundan gedişindən sonra məsələ daha da qəlizləşib. Düzdür, onun səlahiyyətləri yeni baş katib Sərxan Hacıyevə keçsə də, etiraf edək ki, Hacıyev Məmmədov kimi ciddi fiqur deyil və özbaşına maliyyə ilə bağlı hansısa sənədə imza ata bilməz. Buan görə də "Qəbələ" rəhbərliyinin birbaşa AFFA prezidentində müraciətindən başqa yolu qalmır.