AFFA-nın maliyyə dəstəyi ilə bir müddət bundan öncə inşaasına başlanılan daha bir stadionda işlər yarımçıq dayandırılıb.

Rekord.az xəbər verir ki, söhbət Tərtər stadionundan gedir.

Bir neçə il öncə federasiya bu rayondakı köhnə stadionun söklüb yenidən qurulmasına qərar verdi. Hətta köhnə stadion söküldü və ərazi ağır tornajlı maşınlarla düzləndi də. Daha sonra tribunaların təməli qoyulmalı, futbol meydançasının inşaasına start verilməli idi.  Lakin təəssüf ki, sonradan stadionda işlər dayandırıldı və hazırda da orada heç bir iş aparılmır. Aldığımız məlumata görə, buna səbəb AFFA-nın vəsait ayırmamasıdır.