AFFA yeni mövsümdən II Diviziona buraxılmayan və narazı qalan komandaların könlünü almaq üçün "Region Liqası" ilə bağlı da plan hazırlayır.

Rekord.az xəbər verir ki, federsiya yeni mövsümdən sözügedən liqada çıxış edən komandalara II Divizionda oynamaq şansı verəcək.

Belə ki, "Region Liqası"nın qalibinin birbaşa II Diviziona buraxılacağı gözlənilir. Final oynamış komandanın isə II Divizionun 11-ci komandası ilə pley-off oynalması nəzərdə tutulur. Hazırda bu yöndə müzakirələr gedir və tam dəqiq olandan sonra ictimaiyyətə açıqlanacaq.