Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyev yenidən "Rostov"da çıxış edə bilər.

Rekord.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Valeri Karpinin baş məşqçisi olduğu komanda Ayazın xidmətində maraqlıdır.

"Rostov" 23 yaşlı oyunçunu transfer etmək üçün "Rubin"lə rəqabət aparacaq. Azərbaycanlı futbolçu özü də sabiq komandasına dönmək istəyir.

Moskva klubunda əsas heyətə düşə bilməyən Quliyev baş məşqçinin planlarına daxil deyil. O, 2018-19 mövsümünü icarə əsasında "Rostov"un heyətində keçirib.