
AFFA-nın məsləhəti ilə yaradılan komanda özünə sponsor axtarır
- 03 Fev 2022 16:00
- 642
İsmayıllı rayonu İcra Hakimiyyəti (İH) AFFA-nın təşviqi ilə yaratdığı eyniadlı futbol klubuna sponsor axtarışına çıxıb.
Rekord.az xəbər verir ki, bu məqsədlə bir sıra yerli şirkətlərlə danışıqlar başlayıb.
İH əsasən rayon ərazisində fəaliyyət göstərən biznes strukturlarını bu sahəyə cəlb etməyi planlaşdırıb. Əsasən də turizm sektoru üzrə ixtisaslaşan müəssisələri.
Region Liqasında debüt mövsümünü keçirən komanda Mərkəz zonasında mübarizə aparır.
«İsmayıllı» ilk dövrədən sonra xal üzünə həsrət qalan yeganə iştirakçıdır: keçirdikləri 7 oyunun hamısında meydanı məğlubiyyət alaraq tərk ediblər.
AFFA «İsmayıllı»ya dəstək sözü verib. Hər halda federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovun rayonun rəsmi dairələri ilə yaxın əlaqələrinin olması klubun həyatında yeni səhifə açacağına ümid yaradır.
Qurum tərəfindən İsmayıllıda yeni meydança tikəcəyi bəllidir. AFFA komandanınq texniki təminatında da rol sahibidir. (sportinfo.az)