
AFFA-nın keçirdiyi liqalarda zəlzələ qurbanlarının xatirəsi yad ediləcək
- 2023-02-07 19:20
- 209
Türkiyədə baş vermiş faciəvi zəlzələ qurbanlarının xatirəsi AFFA tərəfindən təşkil olunan bütün yaş qrupları üzrə liqaların və Region Liqasınının oyunlarında 1 dəqiqəlik sükutla yad ediləcək.
Rekord.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb:
“Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Premyer Liqasında XXI turun "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" matçlarında zəlzələ qurbanlarının xatirəsi yad olunub.