
AFFA-nın Gəncədə saldığı yeni meydançalar ÖZƏL FOTOLAR
- 25 Yan 2023 13:00
- 668
Daha öncə də məlumat verildiyi kimi, AFFA Gəncədə təbii örtüklü iki yeni məşq meydançası inşaa edib.
Rekord.az-ın Gəncəyə ezam olunmuş əməkdaşı həmin meydançalarda olub və məlumat toplayıb.
Qeyd edək ki, meydançakardan hər ikisi demək olar ki, hazırdı. Bir meydança tam hazırdı və ot da kifayət qədər göyərib. Digər meydançada isə göyərmə prosesio gedir. Aldığımız məlumata görə, hələlik heç bir meydançadan istifadə olunmur. Ot örtüyü yeni olduğu üçün kövrəkdi və ilk istifadədə sıradan çıxa bilər. Ona görə hələlik qulluq gedir və böyük ehtimalla aprel ayından "Kəpəz"in həm əsas, həm də aşağı yaş qruplarından ibarət komandaları bu meydançalardan istifadə edə bilərək. Meydançalardan fotoları sizin diqqətinizə çatdırırəq: