Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunduqdan sonra AFFA tərəfindən Gəncə şəhər stadionunun mərhələli şəkildə inşasına başlanılacaq. AFFA-nınson konfransında bununla bağlı fikir səsləndirildi.

 

Rekord.az xəbər verir ki, federasiya həqiqətən də maliyyə ayırıb Gəncə stadonunu yenidən qurmaq istəyir.

 

Lakin bir şərtlə ki, stadion AFFA-nın balansına keçirilsin. Əgər bu, baş verməsə, stadionda heç bir iş görülməyəcək. Əslində bu məsələdə AFFA-nı da qınamaq olmur. Pul tökürsə, tikəcəyi "obyektin" özünün olmasını istəyir. Necə ki, Tovuzda akademiya tikdi və bu gün də özü nəzarət edir.