
AFFA moykaya 1 milyon xərcləyir? ÖZƏL!
- 07 Apr 2022 15:00
- 812
AFFA-nın yersiz xərcləri və faydasız layihələrə milyonlarla pul xərcləməsinə dair mətbuatda dəfələrlə müxtəlif səpkili yazılar gedib. Bəzi məlumatlar hətta konkret arqumentlər və faktlarla ortaya qoyulub. Təəssüf ki, bu qədər faktlara rəğmən hələ də AFFA-dan hesab soruşan, sözün əsl mənasında audit yoxlaması aparan yoxdur. Federasiya isə öz növbəsində hər il cəmiyyət üçün səmimi görünməyən hesabatlarla işi bağlamış olub.
Bu yaxınlarda isə Rekord.az-a yeni bir maraqlı məlumat daxil olub.
Məlumat AFFA-nın nəzdində olan avtomobillərlə bağlıdır. Bildiyiniz kimi, hazırda federasiyanın tabeliyində olan müəyyən sayda avtomobillər var. Həmin avtomobillər federasiyada çalışan müqaviləli şəxslər üçün xidmət göstərir. Məsələn, de Byazi, Ştuxlik, Abramoviç, eləcə də yerli məşqçi və rəsmi şəxslər. Onları işə, evə, oyunara aparıb gətirir. Əldə etdiyimiz məlumata görə, federasiya hər il bu avtomobillərin saxlanılmasına da böyük vəsait sərf edir. Benzin pulunu və texniki xidməti qoyuruq kənara. AFFA əməkdaşlıq etdiyi avto yuma mərkəzlərinin birinə hər il tək maşınların yuyulması üçün 1 milyon manata yaxın pul xərcləyir.