Məlum olduğu kimi, bu yaxınlarda AFFA-nın dəstəyi ilə Gəncədə yerləşən, hamının "Dyadya Kostyanın meydançası" kimi tanıdığı meydançanın yenidənqurması və təntənəli surətdə açılışı qeyd olundu.

Rekord.az xəbər verir ki, məhz həmin meydançada "Kəpəz" veteranlarına məşq keçmək üçün şərait yaradılacağına söz verildi.

Artıq veteran futbolçular Firuz Qulami və Fazil Pərvərov azyaşlı uşaqlara məşq də keçir. Amma meydança ilə bağlı çox ciddi problem var.

Belə ki, məşq meydançası üçün ən önəmli məsələ sayılan paltardəyişmə otağı hələ də hazır deyil. Heç tikinti aparılmır, buna nə vaxt start veriləcəyi də dəqiq deyil.

Məşqlərə övladını yazdırmağı düşünən valideynlər isə böyük həsrətlə problemin həllini gözləyir. Ki, uşaqları məşqə gedəndə formalarını çöldə geyinməsin.