Xəbər verdiyimiz kimi, Turan Tovuz” Premyer Liqada iştirakla bağlı AFFA rəhbərliyindən yeni məlumat öyrənməyə çalışsa da, onlara hələ heç nəyin dəqiqləşmədiyini deyib gözləməyi tapşırmışdılar.

Rekord.az-a daxil olan məlumata görə, “Kəpəz” rəhbərliyinə də eyni söz deyilib.

Belə ki, gəncəlilər müsbət cavab eşitmək ümidi ilə federasiya ilə əlaqə saxlayıblar və onlara da Premyer Liqa ilə bağlı dəqiq söz deyilməyib, hər şeyin apreldə tam dəqiq bilinəcəyi bildirilib.