
AFFA Gəncədə paltardəyişmə otağı tikməkdən imtina edib
- 12 Apr 2022 12:00
- 627
Xəbər verdiyimiz kimi, AFFA-nın Gəncədə uşaqlar üçün yeni tikdiyi meydançada paltar dəyişmək üçün otaq tikilməyib.
Rekord.az xəbər verir ki, federasiya bu işi yerli icra hakimiyyətinin görəcəyini düşünsə də icra hakimiyyəti, bu işi də federasiyanın boynuna qoymağa çalışıb.
Lakin əldə etdiyimiz məlumata görə, AFFA bundan imtina edib və bildirib ki, onlar meydança üçün xərc çəkib, otaqları da icra hakimiyyəti tikməlidir.