AFFA baş katibinin müavini Elçin Məmmədov və Hakimlər Komitəsinin rəhbəri Frank De Bleker UEFA tərəfindən növbəti təyinat alıblar.

 

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.


Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Fənərbağça” (Türkiyə) – “Benfika” (Portuqaliya) oyununda matçın direktoru Elçin Məmmədov, hakim-inspektoru isə Frank De Bleker olub.