Növbəti mövsüm Premyer Liqada oynamağa hazırlaşan “Turan Tovuz” heyətin formalaşması yönündə çalışmalarını davam etdirir.

 

Rekord.az xəbər verir ki, bölgə təmsilçisi, xüsusən də, Tovuzda oynamış təcrübəli oyunçulara maraq göstərir.

 

Elvin Məmmədov və Vurğun Hüseynovdan sonra rəhbərliyin heyətə cəlb etmək istədiyi digər futbolçu Əfran İsmayılovdur. Hazırda “Səbail”də çıxış edən 34 yaşlı yarımmüdafiəçi əslində mövsümün sonunda futboldan getməyi düşünür. Lakin “Turan Tovuz”a maliyyə ayıracaq AFFA rəhbərliyi ondan daha bir il karyerasını davam etdirməyi istəyib. İsmayılov bu təklifi hələ ki, cavablandırmayıb.

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan Əfran İsmayılov 2009-cu ilin ilk 6 ayını icarə əsasında “Turan”ın heyətində keçirib. (apasport.az)