
AFFA-dan maliyyələşən klublarda maaşlar niyə yubanır?
- 22 Fev 2022 19:00
- 807
"Keşlə" futbolçularının 3 aya yaxındır maaş ala bilməməsi haqda məlumat vermişdik. Ötən həftə ödəniş olmalı idi, amma hələ olmayıb. "Səbail"də də bir neçə aydır ki, maaşlar verilmir. Aldığımız məlumata görə, "Sumqayıt"da da yubanma var.
Rekord.az-ın əldə etdiyi məlumata görə, bütün bu yubanmalar SOCAR-da baş verən son dəyişikliklərlə bağlıdır.
Hazırda AFFA-da müəyyən yoxlamalar aparan sözügedən qurum bu səbəbdən federasiyaya ayrılan vəsaiti müvəqqəti dayandırıb. SOCAR-dan ödənişlər dayandırıldığı üçün AFFA da nəzarətində olan klublara maaş köçürməsini edə bilmir. Prosesin ən azı bu həftənin sonuna kimi bu cür olacağı gözlənilir.