AFFA Qazaxın "Göyəzən" komandasını II diviziona buraxacağına söz versə də, sonradan onları aldatmışdı.

 

Rekord.az xəbər verir ki, federasiya daha bir komandaya da verdiyi sözü tutmayıb.

 

Söhbət "Ağstafa Gəncləri"ndən gedir. Belə ki, bu komanda da II divizion üçün AFFA-ya müraciət etmişdi. Federasiyadan bildirilmişdi ki, komandanın infrastrukturuna baxılıb yekun qərar veriləcək. Komandanın baş məşqçisi Şahin Kərimovun saytımıza verdiyi məlumata görə, federasiyanın bu sözündən sonra onlar qısa zamanda Ağstafa stadionuna əl gəzdirib orada normal şərait yaradıb. Lakin AFFA onları aldadaraq stadiona baxış keçirməyib. "Ağstafa Gəncləri"ni isə II dəstəyə buraxmayıb.